CƏMİYYƏT
Autizm sindromlu uşaqlara dəstək mexanizmləri müzakirə olunub
Bakı, 12 iyul, AZƏRTAC
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov autizm sindromlu şəxslərə dəstək vermək, ailələrinə psixoloji baxımdan yardım etmək və bu sahədə maarifləndirmə aparmaq istiqamətində fəaliyyət göstərən "Birgə və Sağlam" İctimai Birliyində görüş keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə İctimai Birliyin fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, autizm sindromlu uşaqların reabilitasiyası üçün beynəlxalq təcrübəyə əsaslanan mərkəzdə günü uzadılmış təlim proqramı, seanslı proqramlar, nitq terapiyası, idman terapiyası və musiqi terapiyasından istifadə olunur.
Autizm sindromlu uşaqların fəaliyyət göstərdiyi “Kaşalata” kafesi ilə tanışlıq zamanı bildirilib ki, bura yeniyetmə autizm sindromlu uşaqların peşə təlimi aldığı bir məkan kimi xüsusi əhəmiyyətə malikdir.
Qarşılıqlı əməkdaşlıq və fəaliyyət perspektivləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]