Aviqdor Liberman: Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli münasibətlər məmnunluq doğurur
Bakı, 30 aprel (AZƏRTAC, Ülviyyə Məmmədli). Bu, mənim Azərbaycana artıq beşinci səfərimdir. Burada özümü vətənimdəki kimi hiss edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Liberman jurnalistlərə müsahibəsində demişdir.
İsrailli nazir bildirmişdir ki, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlər məmnunluq doğurur. Azərbaycanda İsrail üçün çox vacib rol oynayan yəhudi icmaları vardır. Bu icmaların üzvləri iki ölkə arasında körpü yaradırlar.
Nazir iki ölkə prezidentlərinin görüşlərinin münasibətlərin inkişafı üçün çox vacib və əhəmiyyətli olduğunu vurğulamışdır.
Qonaq qeyd etmişdir ki, Azərbaycanda keçirdiyim görüşlərdə yüksək texnologiyalar, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı əsas müzakirə mövzusu olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]