Avqustda “Azercell” ölkədə 194 yeni stansiya quraşdırmışdır
Bakı, 6 sentyabr (AZƏRTAC). “Azercell Telecom” şirkətinin təmin etdiyi rabitə harada olmağınızdan asılı olmayaraq qohum-tanışlarınızla ən rahat ünsiyyət vasitəsidir. Müştərilərə xidmət səviyyəsini yüksəltmək üçün öz şəbəkəsini daim təkmilləşdirən şirkət cari ilin avqust ayı ərzində 194 yeni stansiya (RBS) işə salmışdır.
Bu barədə AZƏRTAC-a “Azercell Telekom” şirkətinin mətbuat xidmətindən məlumat vermişlər.
RBS şəbəkənin əhatə dairəsini genişləndirməyə və göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa imkan yaradır. Belə stansiyaların sayının artması ölkənin istənilən yerində abonentlərin daha etibarlı və əlverişli rabitə ilə təmin olunmasına kömək göstərəcəkdir. Hazırda ölkədə “Azercell Telekom” şirkətinin quraşdırdığı 4087 stansiya fəaliyyət göstərir.
“Azercell” həm abonentlərinin sayına, həm də mobil rabitənin keyfiyyətinə görə Azərbaycanın lider operatoru mövqeyini qorumaqda davam edir. Azərbaycanda bir sıra innovasiya konsepsiyaları təqdim etmiş “Azercell” həm də GSM texnologiyaları, GPRS/EDGE və 4G şəbəkəsi sahəsində pioner olmuşdur. Şirkətin təşəbbüsü ilə ölkənin bir neçə universitetində 3G və 4G laboratoriyaları yaradılmışdır.
“Azercell Telekom” şirkətinin abonentləri ən müasir texnoloji yeniliklərdən və keyfiyyətli mobil rabitənin üstünlüklərindən tam yararlana biləcəklər.
Əlavə məlumat almaq üçün bu ünvana müraciət etmək lazımdır: [email protected]
“Azercell Telekom” MMC 1996-cı ildə yaradılmışdır və fəaliyyətinin ilk illərindən bazarda aparıcı mövqelərini qoruyub saxlayır. “Azercell” Azərbaycanda bir sıra innovasiya texnologiyaları və konsepsiyaları tətbiq etmişdir: GSM texnologiyaları, GPRS/EDGE, 24/7 Call Center, tam həcmdə ofis xidmətləri göstərən “Azercell Express” və s. Mobil rabitə bazarının 53 faizini təşkil edən bu şirkətin şəbəkəsi ölkə əhalisinin 99,8 faizini əhatə edir. 2012-ci ilin sonunda şirkətin abonentlərinin sayı 4,4 milyon nəfər olmuşdur. 2011-ci ildə şirkət 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.