“Avro-2024”: Final mərhələsinin püşkü atılır
Bakı, 2 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə “Avro-2024”ün final mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Püşkatmada 21 ölkənin millisi iştirak edəcək. Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
I səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
II səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
III səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
IV səbət: İtaliya, Serbiya, İsveçrə, A yolunda pley-off qalibi, B yolunda pley-off qalibi, C yolunda pley-off qalibi
Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]