Avronest PA-da deputatlar Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırılıb
Kiyev, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin Avropaya, habelə dünya bazarlarına çıxışını asanlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.
F.Muradov qeyd edib ki, bu layihə iqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi region ölkələrinin qlobal müstəvidə inkişafına töhfə verəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]