Avropa çempionatı ərəfəsində iki gümüş medal
Bakı, 16 may (AZƏRTAC). Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə dünya Kubokunun növbəti, 7-ci mərhələsi başa çatmışdır. Yarışlarda Azərbaycan idmançıları iştirak etmişlər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ayrı-ayrı alətlər üzrə final yarışları olmuşdur. Azərbaycan yığmasının lideri Aliyə Qarayeva finalların hər ikisində iştirak etmiş və hərəsində bir gümüş medal qazanmışdır.
Halqa ilə hərəkətlərdə Aliyə Qarayeva 28.225 bal, topla kompozisiyada isə 28.525 bal toplamışdır.
Azərbaycan gimnastından yalnız Olimpiya çempionu Rusiyalı Yevgeniya Kanayeva üstün olmuşdur. Birinci finalda 3-cü yeri Fransalı Delfin Ledu, ikinci finalda isə Belarus idmançısı Melitina Stanyuta tutmuşlar.
Çoxnövçülük yarışlarının nəticələrinə gəldikdə isə, burada Aliyə Qarayeva 49 iştirakçı arasında doqquzuncu, digər gimnastımız Samirə Mustafayeva 24-cü olmuşlar.
Fransadakı turnir mayın 27-29-da Minskdə keçiriləcək bədii gimnastika üzrə 27-ci Avropa çempionatı ərəfəsində sonuncu turnir idi.
Avropa çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, habelə Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyanə Vasilyevadan ibarət gənclərin qrup komandası iştirak edəcəklər.
Belarusun paytaxtındakı “Minsk-Arena” Universal İdman Kompleksində qitənin 33 ölkəsini təmsil edən 74 gimnast və 23 gənclər kollektivi mübarizə aparacaqlar. Ümumilikdə, 7 medal dəsti uğrunda yarışlar keçiriləcəkdir. Bunlardan 5-i gimnastların şəxsi yarışları (komanda hesabı və halqa, top, gürz, lentlə hərəkətlər üzrə 4 final) və ikisi gənclər arasında yarışlar (çoxnövçülük və 5 iplə final) üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]