AVROPA EKOFORUMUNUN STRATEJİ MÜŞAVİRƏSİ
AZƏRTAC xəbər verir ki, iyunun 11-13-də Latviya paytaxtında Orxus Konvensiyasının üzvü olan ölkələrin ekologiya nazirlərinin III iclası keçiriləcəkdir. İclasda ölkələr görülmüş işlər barədə Konvensiyanın Katibliyinə hesabat təqdim edəcəklər. Qeyd edək ki, hesabat ictimai dinləmələrdən sonra (Azərbaycanın hesabatı ictimai dinləmələrdən 2007-ci ildə keçmişdir) təqdim oluna bilər. Budəfəki iclas “İnformasiya əldə edilməsi” mövzusuna həsr olunmuşdur.
Orxus Konvensiyası 1998-ci il iyunun 25-də Danimarkanın Orxus şəhərində qəbul edilmişdir. Sənəddən məqsəd ictimaiyyətin ətraf mühitin daha səmərəli mühafizəsinə yönəldilmiş qərarların qəbul edilməsi prosesinə qoşulmasıdır. Konvensiya ekoloji informasiyanın və vətəndaşların ekoloji hüquqlarının aşkarlığının qanunvericilik yolu ilə təmin edilməsi probleminə həsr olunmuş ilk beynəlxalq sazişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]