Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina millisinin hücumçusunu “Qızıl buts”la mükafatlandırmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi 2012/2013-cü il mövsümünün yekunlarına əsasən, “Qızıl buts” mükafatına layiq görülmüşdür.
AZƏRTAC xəbər verir ki, argentinalı futbolçu üçüncü dəfə bu nailiyyəti təkrarlamaqla yeni rekord müəyyənləşdirmişdir.
Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina millisinin hücumçusu Lionel Messini “Qızıl buts”la mükafatlandırmışdır. İyirmi beş yaşlı futbolçu UEFA-ya daxil olan ölkə çempionatlarında ən çox qol vurduğuna görə bu mükafata sahib çıxmışdır. Messi ötən mövsümdə İspaniya La Liqasının 32 oyununda meydana çıxmış və 46 dəfə fərqlənmişdir. Futbolçu çempionatda iştirak edən bütün komandaların qapısına yol tapmışdır.
Daha əvvəl o, 2010 və 2012-ci illərdə buna nail olmuşdu. Mükafat uğrunda mübarizədə Messinin əsas rəqibi “Real”ın futbolçusu Kriştiano Ronaldo idi. İki dəfə “Qızıl buts”a sahib çıxan portuqaliyalı ötən mövsümdə Messidən 12 qol az vurmuşdu.
Qeyd edək ki, cənubi amerikalı futbolçu həmçinin son 4 ildə qazandığı “Qızıl top”a namizədlər arasındadır. Bu mükafatın qalibi yanvarın 13-də məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]