Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Bakı, 18 iyun, AZƏRTAC

AZƏRTAC xaricdə yaşayan və fəaliyyət göstərən soydaşlarımızla silsilə müsahibələrini davam etdirir. Bu dəfə qonağımız musiqişünas, Vyanada fəaliyyət göstərən “Musiqi sevinc bəxş edir” musiqi məktəbinin təsisçisi Fərəh Tahirovadır.

Fərəh Tahirova fortepiano, nəzəriyyə və musiqi tarixi müəllimi, konsertmeyster, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının baş elmi işçisi və “Musiqi tarixi” kafedrasının dosenti (2006–2010) kimi fəaliyyət göstərib. O, 2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2010–2024-cü illərdə Vyanada fəaliyyət göstərən “Mədəniyyətlərin görüş nöqtəsi” təşkilatının bədii rəhbəri olub. Hazırda isə Vyanadakı “Musiqi sevinc gətirir” Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğuldur.

O, həmçinin “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti”, “Şostakoviç və Türkiyə” kitablarının müəllifidir. Elmi və ədəbi fəaliyyəti ilə yanaşı, Avstriya, Macarıstan və Slovakiyada çoxsaylı beynəlxalq musiqi festivalları və konsertlər təşkil edib, onlara rəhbərlik edib. Müxtəlif beynəlxalq musiqi tədbirlərində və simpoziumlarda iştirak edib. Vyanada keçirilən bir neçə beynəlxalq fortepiano müsabiqəsində, o cümlədən “Classic Pure Vienna” və “Sounds of the Land of Fire” müsabiqələrində münsiflər heyətinin üzvü olub.

O, həmçinin Vyana Musiqi və İfaçılıq Sənətləri Universitetində (Mdw) akademik təqdimatlarla çıxış edib. Bu təqdimatlar, xüsusilə, Şostakoviçin Qara Qarayev və Cövdət Hacıyev kimi görkəmli Azərbaycan bəstəkarları ilə tarixi əlaqələrinə həsr olunub. Azərbaycan musiqi mədəniyyətinin xaricdə təbliği sahəsində xidmətlərinə görə 2022-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin medalı ilə təltif olunub. Bundan əvvəl isə Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfəyə görə “Bakılı” Cəmiyyətinin “HUMAY” milli mükafatına və Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb.

-Fərəh xanım, siz Avstriyada yaşayırsınız və bu ölkədə çalışırsınız. Bakıya tez-tezmi gəlirsiniz və həmyerlilərinizlə əməkdaşlıq edirsinizmi?

-Mən çalışıram ki, ildə ən azı bir dəfə Vətənə gəlim. Həmyerlilərimizlə əməkdaşlığı hər bir azərbaycanlının borcu hesab edirəm. Təbii ki, mən də onlarla əlaqə saxlamağı davam etdirir, birgə layihələr həyata keçirirəm.

-Siz Avstriyada Azərbaycan musiqisi haqqında akademik səviyyədə danışırsınız. Avropalılar buna nə dərəcədə maraq göstərirlər?

-Azərbaycan musiqisinə maraq çox böyükdür. Məsələn, Vyana Dövlət Konservatoriyasında Qara Qarayevin və Cövdət Hacıyevin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər təşkil edəndə Haydn Kvartetinin rəhbəri, tanınmış avstriyalı violonçel ifaçısı Nikolay Nyu Azərbaycan bəstəkarlarının kvartetlərini ifa etmək istədiyini bildirdi və hətta məndən notları istədi.

Həmin tədbirlərdə tarixi faktlar, arxiv sənədləri və fotoşəkillər əsasında Dmitri Şostakoviçin Azərbaycanla əlaqələrinin ümumi mənzərəsi ilk dəfə Avstriyada təqdim olundu. Xüsusilə onun azərbaycanlı tələbələri – Qara Qarayev və Cövdət Hacıyevlə yaradıcılıq və peşəkar əlaqələri müzakirə edildi. Vyanada Azərbaycan musiqisinə mədəni və peşəkar marağın bu cür nümunələri az olmayıb. Avstriya ictimaiyyətində böyük maraq doğuran digər mühüm layihə isə 2022-ci ildə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriya Azərbaycanlıları Cəmiyyəti ilə birlikdə təşkil etdiyim “Azad Şuşa” konserti oldu. “Şuşa İli”nə və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir Vyananın qədim mərkəzi kilsələrindən biri olan Müqəddəs Pyotr kilsəsində keçirildi. Fürsətdən istifadə edərək, Zalsburqdakı Azərbaycan Evinin rəhbəri Fərid Əzizova xüsusi təşəkkürümü bildirirəm.

Gecə çərçivəsində mən görkəmli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və başqalarının vətəni olan Şuşa şəhərinin tarixi və mədəni irsi haqqında məlumat verdim. İlk dəfə olaraq Avstriya kilsəsində Azərbaycan bəstəkarlarının muğam musiqisi Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və beynəlxalq müsabiqələrin laureatı Cəmilə Cavadova-Şpitsberqin ifasında orqanda səsləndirildi.

Qonaqlara həmçinin Qara Qarayevin, Vasif Adıgözəlovun, Aqşin Əlizadənin, İohann Ernst Eberlinin, Georq Muffatın və Cozef Rennerin əsərləri təqdim olundu. Konsert diplomatik nümayəndəliklərin, mədəniyyət və elm dairələrinin nümayəndələrinin də iştirak etdiyi auditoriya tərəfindən böyük rəğbətlə qarşılandı.

Bundan başqa, məktəbimin şagirdləri müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edərək Avropa bəstəkarlarının əsərləri ilə yanaşı Azərbaycan musiqisini də ifa edirlər. Onlar “Edelweiss” və “Prima La Musica” kimi məşhur Vyana müsabiqə və festivallarının qalibləri və laureatlarıdır.

– Siz Şostakoviçi qeyd etdiniz. Elmi fəaliyyətiniz onun yaradıcılığı ilə bağlıdır. Niyə məhz bu bəstəkarı seçdiniz?

– Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil aldığım illərdə dissertasiya mövzum tanınmış alim, musiqişünas, professor xalam Şəhla Mahmudova-Həsənovanın məsləhəti ilə seçilmişdi.

“Dmitri Şostakoviçin ənənələri Qara Qarayev və Cövdət Hacıyevin simfonik və kamera-instrumental yaradıcılığında” adlı dissertasiya mövzusu mənim sevimli və əvəzedilməz elmi rəhbərim – görkəmli alim, musiqişünas, professor Elmira Abasova tərəfindən yüksək qiymətləndirilmişdi.

Mövzunun aktuallığını və kifayət qədər araşdırılmamasını vurğulayaraq, qarşıya qoyulan məqsədə nail olmaq üçün bu tədqiqatın əhəmiyyətini və zəruriliyini ön plana çəkməyə çalışırdım. Beləliklə, “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” kitabım meydana gəldi.

Sonralar Türkiyənin Azərbaycandakı səfirliyinin xətti ilə qardaş ölkəyə etdiyim yaradıcılıq səfərləri “Şostakoviç Şərq–Qərb mədəni dixotomiyası kontekstində” mövzusunun davam etdirilməsinə şərait yaratdı və nəticədə müəllif-tərtibçi kimi çıxış etdiyim “Şostakoviç və Türkiyə” kitabı ərsəyə gəldi.

– Bundan əlavə, siz Vyanadakı “Musiqi sevinc gətirir” musiqi məktəbinin təsisçisi və rəhbərisiniz. Bu qərara necə gəldiniz və xaricdə belə fəaliyyətlə məşğul olmaq nə dərəcədə çətindir?

– Pedaqoji fəaliyyət peşəkar həyatımda həmişə mühüm yer tutub. Uzun illər ərzində çoxlu sayda şagirdim olub və onlarla birlikdə müxtəlif beynəlxalq festival və müsabiqələrdə iştirak etmişik.

Zaman keçdikcə fortepianoda ifa etməklə yanaşı musiqi nəzəriyyəsi və tarixinin öyrənilməsinə də xüsusi diqqət yetirilən öz musiqi məktəbimi yaratmaq ideyası yarandı.

Şükürlər olsun ki, bəzi bürokratik məqamları nəzərə almasaq, hələlik ciddi çətinliklərlə qarşılaşmamışam.

Mən öz peşəmi sevirəm, çünki bu peşə mənə ilham verir, yaradıcılıq baxımından daim inkişaf etməyə sövq edir və böyük sevinc bəxş edir. Elə buna görə də məktəbə simvolik olaraq “Musiqi sevinc gətirir” adını vermişəm.

– Təhsilinizi Azərbaycanda almısınız, hazırda isə Vyanada dərs deyirsiniz. Metodikanızda Azərbaycan fortepiano məktəbinin yanaşmalarından istifadə edirsinizmi?

– Şübhəsiz ki, Azərbaycan musiqi məktəbinin zəngin ənənələri şagirdlərimin tərbiyəsində və peşəkar formalaşmasında son dərəcə mühüm rol oynayır. Məhz milli ifaçılıq və pedaqoji məktəbin fundamental prinsiplərinə söykənmək uşaqların yaradıcılıq potensialını səmərəli şəkildə inkişaf etdirməyə və onların bədii dünyagörüşünü formalaşdırmağa imkan verir.

Bunsuz tam təhsil prosesini təsəvvür etmək sadəcə mümkün deyil. İşimdə məni hər zaman dəqiqlik, tələbkarlıq, aydınlıq və intizam istiqamətləndirir. Amma bununla yanaşı, xeyirxahlıq və uşaqlara böyük sevgi də var. Çünki uşaqlar öz müsbət enerjilərini biz müəllimlərə bəxş edirlər, biz də onu sevgi ilə qəbul edərək öz biliklərimizi, bacarıqlarımızı və mənəvi dəyərlərimizi onlara ötürürük.

– Həyatda və yaradıcılıqda sizə kömək edən sırf azərbaycanlılara xas hansısa xarakter xüsusiyyətiniz varmı?

– Bəli, əlbəttə var. Düşünürəm ki, bu, səbir və daxili dözümlülük, hətta çətin şəraitdə belə ləyaqət hissini qoruyub saxlamaq bacarığıdır. Həyat və yaradıcılıq üçün bu, çox güclü dayaqdır.

Müəllif – Anara Axundova

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı