Avropa İttifaqı Böyük Britaniyadan Brexitə dair yeni təkliflər gözləyir
Bakı, 6 fevral, AZƏRTAC
Avropa İttifaqı fevralın 7-də Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brüsselə səfəri zamanı Brexit üzrə yeni təkliflər gözləyir, lakin sazişin dəyişdirilməsini istisna edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Tusk İrlandiyanın Baş naziri Leo Varadkarla birgə Brüsseldə keçirilən brifinqdə bildirib.
Donald Tusk, həmçinin Avropa İttifaqının İrlandiya sərhədinə nəzarət rejimi üzrə güzəştlərə getməyəcəyini deyib. Bu səbəbdən Tusk və Varadkar hər iki tərəfin sənədi ratifikasiya etməsinə ümidin qalmasına baxmayaraq, Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz çıxmasına intensiv hazırlığın davam etdiyini bildiriblər.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]