Avropa İttifaqı qazın qiymətləri ilə bağlı yeni məhdudiyyətlər barədə fikirləşir
Bakı, 12 fevral, AZƏRTAC
Avropa İttifaqı 2025-ci ilin yayında qazın qiymətinə yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu barədə “Financial Times” xəbər verir.
AZƏRTAC-ın xarici mediaya istinadla verdiyi məlumata görə, yanacağın alış qiymətinin məhdudlaşdırılması yeraltı qaz anbarlarında (YQA) ehtiyatların bərpa olunacağı dövrə təsadüf edəcək. Hazırda bu anbarlar 50 faizdən az həcmdə doludur. “Gas Infrastructure Europe” (GIE) bildirir ki, fevralın 10-na anbarların doluluq səviyyəsi 47.89 faiz təşkil edib ki, bu da son beş ilin orta göstəricisindən (56,03 faiz) 8 faiz bəndi aşağıdır.
“Bloomberg” agentliyinin məlumatına görə, hazırda Avropada qaz qıtlığı riski yoxdur, lakin növbəti qış üçün qaz anbarlarının doldurulma sürəti ilə bağlı narahatlıqlar mövcuddur. Avropa İttifaqında qazın yüksək qiymətləri 3 milyard avroya qədər maliyyə itkilərinə gətirib çıxara bilər.
Anbarların ciddi şəkildə boşalmasından sonra Avropa yayda qaz tədarükünü daha fəal artırmalı olacaq ki, ehtiyatları bərpa edib soyuqlar düşənə qədər onların səviyyəsini normativ hədd olan 90 faizə çatdırsın. Ekspertlər bildirirlər ki, bu tədbirlər dünya üzrə yanacaq qiymətlərinin artmasına səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]