AVROPA İTTİFAQI ŞURASININ SƏDRİ GÜRCÜSTANDAKI HADİSƏLƏRDƏN NARAHATLIĞINI İFADƏ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri son zamanlar Gürcüstanın münaqişə zonasında baş vermiş hadisələrlə əlaqədar bəyanatla çıxış etmişdir.
Yaranmış vəziyyətdən narahat olduğunu bildirən sədr hər iki tərəfi vəziyyəti daha da ciddiləşdirən hərəkətlərə yol verməməyə, 2008-ci ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1808 saylı qətnamədən irəli gələn müddəalara əməl etməyə çağırmışdır.
Avropa İttifaqı münaqişələri yoluna qoymaq üçün tərəfləri dialoqa dəvət etmiş, Abxaziya münaqişəsinin SGNU Dostları qrupu, Cənubi Osetiya məsələsinin isə ATƏT çərçivəsində həllini dəstəklədiyini bildirmişdir.
Avropa İttifaqı Şurasının sədri hər hansı bir şərt irəli sürmədən tərəfləri güc tətbiqinə son qoymağa, qaçqın və məcburi köçkünlərin tərk etdikləri ərazilərə qayıtması üçün hər cür şərait yaratmağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]