AVROPA KOMİSSİYASI “AZƏRBAYCANIN ALİ TEXNİKİ MƏKTƏBLƏRİNDƏ MÜHƏNDİS HAZIRLIĞININ MODERNLƏŞDİRİLMƏSİ” LAYİHƏSİNİ BƏYƏNMİŞDİR
Bu layihədən əsas məqsəd ölkəmizin ali texniki məktəblərində seçilmiş ixtisaslar üzrə tədrisi Avropa standartlarına uyğunlaşdırmaqdan, ADNA-da və AzTU-da əldə edilmiş təcrübələri SDU-da və MPİ-də yaymaqdan ibarətdir.
Əvvəlki illərdə proqram çərçivəsində ADNA-da “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə magistr, ATU-da “Avtomatika və informatika texnikası”, “Elektroenergetika”, “Avtomobillərin elektronikası və elektrik avadanlığı” ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilmiş, müasir tədris mərkəzləri yaradılmış, mövcud tədris planları qərb standartlarına uyğunlaşdırılmış, ADNA-nın müəllimləri Nitsa Universitetində (Fransa), Genuya Universitetində (İtaliya), AzTU-nun müəllimləri isə KATEU-da stajkeçmədə olmuş, yeni tədris edilən fənlərin metodikalarını mənimsəmişlər.
Nəzərdə tutulan ixtisaslar üzrə iki il ərzində yeni tədris planları hazırlanacaq, Azərbaycan ali texniki məktəblərinin müəllimləri Almaniyada və Niderlandda staj keçəcək və ali təhsil ocaqlarımızda müasir tədris laboratoriyaları yaradılacaqdır.
Avropa Komissiyası layihənin həyata keçirilməsi üçün 296,750 avro vəsait ayırmışdır.