AVROPA KOMİSSİYASI TASİS-İN AZƏRBAYCANA XARİCİ SƏRMAYƏLƏR CƏLB EDİLMƏSİ LAYİHƏSİNİ QİYMƏTLƏNDİRİR
Bunu AZƏRTAC-ın müxbirinə Avropa Birliyinin Azərbaycana texniki yardım proqramlarının əlaqələndirmə bürosundan bildirmişlər.
Qeyd olunmuşdur ki, ekspert layihəyə müsbət qiymət verərsə, onun texniki tapşırığının hazırlanmasına başlanacaqdır. Layihədə irəli sürülmüş təklifə görə, 1 milyon avro dəyərində olan və 18 ay müddətində həyata keçiriləcək layihənin alıcısı AFPJK müəyyən edilmişdir.
Layihədə fonda institusional yardım və Azərbaycana xarici kapital qoyuluşlarının həvəsləndirilməsi sahəsində praktik kömək göstərmək, o cümlədən sərmayələrin qorunmasına dair müvafiq qanunvericilik və normativ aktlar hazırlamaq nəzərdə tutulmuşdur.
Azərbaycana xarici kapital cəlb edilməsində və respublikada iqtisadi vəziyyətə dair ətraflı məlumat verilməsində AFPJK-nın rolunun müəyyənləşdirilməsinə kömək üzrə bir sıra tədbirlər həyata keçiriləcəkdir.
Bundan əlavə, layihə işləri çərçivəsində fondla Avropanın müvafiq qurumları arasında əlaqələr yaratmağa kömək göstərilməsi üzrə kompleks tədbirlər də görüləcək, Azərbaycanda işgüzar şəraiti yaxşılaşdırmaq üçün lazımi qanunvericilik və institusional baza barədə məsləhətlər veriləcək, habelə AFPJK-nın əməkdaşları üçün məşğələlər aparılacaqdır.
Xatırladaq ki, S.Role Azərbaycana bir həftəlik səfəri gedişində fondun hamilər şurasının üzvləri, yerli bankların nümayəndələri, habelə beynəlxalq maliyyə təsisatlarının üzvləri ilə görüşmüşdür.