Avropa Parlamentində Azərbaycanın işğaı olunmuş əraziləri ilə bağlı vəziyyətə diqqət yetirilmişdir
Paris, 13 may (AZƏRTAC). Avropa Parlamentinin 2011-ci il may ayının 11-də keçirilmiş plenar iclasında Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin əsas aspektlərinin müzakirəsi çərçivəsində parlamentin İsveçdən olan üzvü Anna İbrisaqiç çıxış edərək, parlament üzvlərinin diqqətini Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin gərginləşməsinə çəkmişdir. O, həmçinin iclasda iştirak etmiş Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştondan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrdən xəbər olub-olmadığı və münaqişənin potensial qızışmasının qarşısının alınması istiqamətində Avropa İttifaqının hansı addımlar atmaq niyyətində olduğunu soruşmuşdur.
K.Eşton suala cavabında Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanla davamlı olaraq müzakirə etdiklərini və nizamlama prosesinin irəliləməsinə dəstək verməyə çalışdıqlarını bəyan etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]