AVROPA PARLAMENTİNİN DEPUTATLARI SEMİPALATİNSKDƏ OLMUŞLAR
Avropa Parlamentinin 14 nümayəndəsi Qazaxistanin şərqindəki Semipalatinsk bölgəsinə getmişdir. Səfərdən məqsəd keçmiş Semipalatinsk nüvə sınağı meydanının fəaliyyətindən zərər çəkmiş əhalinin sağlamlığının bərpasına dair proqram hazırlamaqdır.
İnterfaks agentliyinin verdiyi xəbərə görə, qonaqlar səhiyyə obyektlərində və yerüstü nüvə partlayışlarından birinin nəticəsində əmələ gəlmiş “atom gölü”ndə olmuşlar. Yerli ekoloqlar bildirirlər ki, “atom gölü” həndəvərində radiasiya fonu indi də təbii fondan bir neçə dəfə yüksəkdir.
Avropa Parlamenti nümayəndə heyətinin başçısı Antonio di Petro Semipalatinskdə keçirilmiş mətbuat konfransında demişdir: “Gölün radiasiyalı suyunun torpaq sularına sızması ehtimalı çox böyükdür. Burada çoxlu mal-qara otarılır, deməli, onların əti də radiasiya ilə zəhərlənə bilər”.
Sovet dövründə 1949-cu ildən 1989-cu ilədək poliqonda nüvə silahının 500-dən artıq sınağı, o cümlədən yerüstü sınaqlar keçirilmişdir. Poliqon 1991-ci ildə bağlanmış və onun bazasında Qazaxıstan Milli Nüvə Mərkəzi yaradılmışdır.
Hazırda Semipalatinsk şəhərində təxminən 270 min əhali yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]