AVROPA PARLAMENTİNİN ÜZVÜ AZƏRBAYCANIN AVROPAYA İNTEQRASİYASINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Belçikanın dövlət naziri, Avropa Parlamentinin üzvü, sabiq Baş nazir Jan-Luk Dehaen iyunun 13-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla görüşmüşdür.
S.Seyidov ölkəmizdə həyata keçirilən islahatlar, parlamentin fəaliyyəti, Azərbaycanın Avropaya inteqrasiyası, Cənubi Qafqazadakı mövqeyi, Avropanın enerji təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat vermişdir.
Jan-Luk Dehaen Azərbaycana ikinci dəfə səfər etdiyini və ötən on il ərzində ölkəmizin sürətli inkişafından, əldə olunmuş nailiyyətlərdən məmnun qaldığını bildirmişdir. O demişdir ki, Azərbaycanın Avropa İttifaqının yeni qonşuluq siyasətinə qoşulması onun Avropya inteqrasiyasını sürətləndirir.
Qonaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu da yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]