Avropada min kubmetr qazın qiyməti 1000 dollardan aşağı düşüb
Bakı, 22 dekabr, AZƏRTAC
Avropada dekabrın 22-də keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 7 faiz ucuzlaşaraq oktyabrın 26-dan bəri ilk dəfə 1000 dollardan aşağı enib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın yanvar fyuçersinin qiyməti 999,6 dollardır.
Qiymətin ucuzlaşması bir neçə amillə izah olunur. Bu həftə Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu iqlim göstəricisindən yüksəkdir ki, bu da anbarlardan qaz götürülməsi tempini zəiflədib. Bundan başqa, ötən həftə qeydə alınan rekord istehlaka baxmayaraq, Avropanın yeraltı anbarlarında qaz ehtiyatları yüksək səviyyədə qalır. Hazırda anbarlardakı qazın həcmi 83,18 faiz (90 milyard kubmetrdən bir qədər az) təşkil edir ki, bu da son beş ilin həmin tarix üçün orta göstəricisindən 10,27 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]