Avstraliya hökuməti İran vətəndaşını azad edib
Tehran, 6 oktyabr, AZƏRTAC
Avstraliya hökuməti 13 ay əvvəl Melburn şəhərində həbs etdiyi İran vətəndaşı Rza Dehbaşı azad edib.
AZƏRTAC xəbər verir ki, 6 ay əvvəl İrana gələn avstraliyalı bloqqerlər Coli King və Mark Firkin icazəsiz dron uçuraraq çəkiliş apardıqlarına görə həbs olunmuşdular. İki ölkənin Xarici İşlər nazirliklərinin apardıqları danışıqlar nəticəsində avstraliyalı bloqqerlər azad edildi. Yerli mətbuat yazır ki, onlar İran qanunlarını pozaraq strateji obyektlərin yanında dron vasitəsi ilə çəkiliş aparıblar. Lakin araşdırma zamanı məlum olub ki, onlar strateji obyektin çəkilişini aparmayıblar. Ona görə də məhkəmə onların azad edilməsi haqqında qərar verib.
Bunun müqabilində isə Avstraliya məhkəməsi 13 ay əvvəl Melburnda həbs olunan Rza Dehbaşın azad edilməsi haqqında qərar qəbul edib. Rza Dehbaş Melburn Universitetində doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırdı. Azad olunduqdan sonra dərhal İrana qayıdan R.Dehbaş təhsilini davam etdirəcəyini bildirib.
Daha bir Avstraliya vətəndaşı Kayl Mur hələlik Tehranda həbsxanada saxlanılır. O, casusluqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. Onun da azad olunması istiqamətində danışıqlar aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
- 19.06.2026 [10:49]
Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb
- 19.06.2026 [10:33]
Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib
- 19.06.2026 [09:22]
“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]