Avstraliyaya güclü qar yağmışdır
Bakı, 12 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, mayın 12-də Avstraliyanın şərq sahillərinə güclü qar yağmışdır. Təbii fəlakətin əsas zərbəsi ölkədə əhalinin ən sıx yaşadığı Yeni Cənubi Uels ştatına dəymişdir.
Yolları qar yığını örtdüyünə görə, ölkənin Nəqliyyat Nazirliyi Lithou və Baterst arasında yaşayış məntəqələrini birləşdirən avtomagistralın bir hissəsinin bağlanması barədə qərar qəbul etmişdir. Yerli sakinlərə planlaşdırılmamış səfərlərdən çəkinmələri məsləhət görülmüşdür.
Meteoroloji xidmətin məlumatına görə, ilin bu fəsli və iqlim zonası üçün qeyri-adi qar yağmasının səbəbi temperaturun ekstremal aşağı səviyyədə olmasıdır. Cari ilin mayı son 10 ildə ən soyuq ay hesab edilir. Bir çox rayonlarda termometr 0-dan aşağı həddi göstərir. Yaxın günlərdə havanın günəşli keçəcəyinə baxmayaraq, qərb küləklərinin özü ilə soyuq hava kütlələri gətirməsi səbəbindən iqlim şəraiti daha da soyuyacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]