AVSTRİYA-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLƏCƏKDİR
Komissiyanın iclasına Azərbaycan tərəfdən F.Əliyev, Avstriya tərəfdən isə bu ölkənin İqtisadiyyat və Əmək Nazirliyinin xarici iqtisadi əlaqələr üzrə baş direktoru Yohan Saşs sədrlik etmişlər. İclasda ölkələrimiz arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilmişdir. Azərbaycanda infrastrukturun inkişafı üzrə böyük layihələrdə Avstriya şirkətlərinin iştirakının genişləndirilməsi zərurətinə xüsusi diqqət yetirilmişdir. Qeyd edilmişdir ki, Avstriyanın ölkəmizdə daimi iqtisadi nümayəndəliyinin olmaması hər iki dövlət arasında iqtisadi əməkdaşlığın inkişafı üçün çətinliklər törədir.
Komissiyanın növbəti iclasını Bakıda keçirmək qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]