RƏSMİ XRONİKA
Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə
Hörmətli cənab Federal Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının hərtərəfli inkişafı və möhkəmlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 oktyabr 2012-ci il.