Avstriyada keçiriləcək ikinci Formula 1 yarışının adı müəyyənləşib
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Təqvimə əsasən Avstriya iki yürüşə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, artıq ikinci yürüşün adı müəyyənləşib. Belə ki, iyulun 5-də keçiriləcək yürüş Avstriya Qran-Prisi, ayın 12-də təşkil olunacaq yarış isə Ştriya Qran-Prisi adlanacaq. Hər iki yarış Avstriyanın Ştriya regionunda yerləşən avtodromda baş tutacaq.
2020-ci il mövsümündə Böyük Britaniya da iki yürüşə ev sahibliyi edəcək. Keçiriləcək ikinci yürüşün adı hələ müəyyənləşməyib.
Azərbaycan Qran-Prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi. Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.
Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Avstraliya, Monako, Niderland və Fransa yarışları ləğv olunub. Azərbaycan, Bəhreyn, Çin, Vyetnam və Kanada mərhələləri isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]