AVTOMOBİL YOLLARININ VƏZİYYƏTİ YAXŞILAŞACAQDIR
“Azəraqrotikinti” - “Azərkörpü” - “Azvirt” (AR-Almaniya) şirkətləri konsorsiumu “Azəravtoyol” Dövlət Şirkətinin Gəncə-Şəmkir avtomobil magistralının yenidən qurulması üzrə keçirdiyi tenderin qalibi olmuşdur. “Azəravtoyol” Dövlət Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, konsorsium layihəni ən ucuz qiymətə həyata keçirməyi təklif etmişdir. Hazırda tenderin yekunları təsdiq olunmaq üçün bu layihəni maliyyələşdirən Dünya Bankına (DB) göndərilmişdir. Bu nüfuzlu beynəlxalq maliyyə qurumunun cavabı bir ay ərzində alınacaqdır. Yenidənqurma layihəsi DB-nin 40 milyon dollar məbləğində ayırdığı kredit hesabına həyata keçiriləcək və ən geci 2004-cü ildə başa çatdırılacaqdır.
Bundan başqa, “Azəravtoyol” Dövlət Şirkətində bildirmişlər ki, Naxçıvan MR-in “Naxavtoyol” konserni Muxtar Respublikada yolların bəzi hissələrinin yenidən qurulması, habelə Araz çayı üstündən körpü salınması barədə İran İslam Respublikasının Nəqliyyat Nazirliyi ilə protokol imzalamışdır. Bu layihə çərçivəsində Ordubad-Culfa avtomobil yolu yenidən qurulacaq, Şahtaxtı kəndi yaxınlığında yeni körpü salınacaqdır. Araz çayının üstündə tikiləcək 260 metr uzunluğunda körpü Culfadakı köhnə körpünün yaxınlığında inşa ediləcəkdir. Bu layihəni İran tərəfi maliyyələşdirəcək, lakin ayrılacaq kreditin məbləği ekspertlər texniki-iqtisadi əsaslandırmanı hazırlayandan sonra müəyyənləşdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]