CƏMİYYƏT
Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
Bakı, 15 mart, AZƏRTAC
Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən üç nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov rayon polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan obyektlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.