Avtomobilləri qaçırmaqda şübhəli bilinən şəxslər tutulub
Bakı, 25 yanvar, AZƏRTAC
Yasamal rayonunda V.Bağırova məxsus “TOFAŞ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qurbanov rayon polis idarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai rayonunda İ.Tinatiyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.Stepanov rayon polis idarəsinin 34-cü polis şöbəsi əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.