Aytac Qasımova: Məqsədimiz Azərbaycanın hüquq icmasının inkişafını dəstəkləyən platforma yaratmaqdır
Bakı, 5 fevral, Günel Türksoy, AZƏRTAC
Bu gün burada nüfuzlu hüquq icmasının bir araya gəlməsi bizim üçün qürur mənbəyidir. Eyni zamanda, çox böyük məsuliyyətdir. 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi qeyd olunması hüququn dövlət həyatında rolunu bir daha ön plana çıxardı. Hüquq təkcə normativ aktlardan ibarət deyil. Hüquq suverenliyin və hüquqi dövlətin təməl sütunudur.
AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Holding” MMC-nin Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova "LEGİS Hüquq Forum"unda çıxış edərkən deyib.
Aytac Qasımova qeyd edib ki, Prezident İlham Əliyevin hüquq sahəsinin inkişafına və hüquqi islahatlara göstərdiyi diqqət bizə hər zaman yol göstərib və motivasiya verir: "LEGİS məhz bu dövlətçilik baxışının geniş əməkdaşlıq platformasına çevrilməsi niyyəti ilə formalaşıb. LEGİS-in konsepsiyası ilk gündən birgünlük platforma şəklində deyildi. Bizim məqsədimiz Azərbaycanın hüquq icmasının inkişafını dəstəkləyən bir platforma yaratmaqdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:57]
Cəlal Qasımov: Yeni texnologiyalar sürətlə həyatımıza daxil olur
- 05.02.2026 [13:49]
“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir
- 05.02.2026 [13:35]