AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində səyahəti əvvəlcədən planlaşdırmağı tövsiyə edir
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.
Qeyd edək ki, hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.
Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [20:18]
KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ
- 03.06.2026 [18:00]