Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
Bakı, 10 iyun, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.
Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.