Azər Məmmədov: SOCAR Gürcüstanda çox səmərəli fəaliyyət göstərir
Tbilisi, 8 may, AZƏRTAC
“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyənin birbaşa iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələri təkcə bizim deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bizim birgə reallaşdırdığımız daha bir layihə - TANAP yaxın zamanda istifadəyə veriləcək. Bu kəmər təkcə Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmayacaq, həmçinin regionun və Avropanın enerji təhlükəsizliyində, iqtisadi inkişafında mühüm rol oynayacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov Tbilisidə keçirilən “Caspian Energy Forum Tbilisi-2018”də çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, “SOCAR Georgia Gas” Gürcüstanda çox uğurla fəaliyyət göstərir. Gürcüstan hökuməti götürdüyü öhdəlikləri artıqlaması ilə yerinə yetirib.
“SOCAR Georgia” Gürcüstanda bir sıra iqtisadi, enerji, humanitar layihələr də həyata keçirib.
Forumda “SOCAR-Georgia”nın Gürcüstandakı fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]