Azərbaycan alimi Kimya üzrə İllik Beynəlxalq Konqresdə məruzə edib
Bakı, 30 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal polimer katalizatorları laboratoriyasının aparıcı elmi işçisi dosent Sevda Fətullayeva Kimya üzrə İllik Beynəlxalq Konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dosent “Ağır metal ionlarının effektiv çıxarılması üçün polimer enterosorbentlərin hazırlanması, xarakteristikası” mövzusu üzrə virtual formatda məruzə edib.
S.Fətullayeva institutda bu istiqamətdə apardığı tədqiqat işi barədə, o cümlədən sintez olunan polimer əsaslı enterosorbentlər haqqında geniş məlumat verib.