Azərbaycan alimləri İranda səfərdə olmuşlar
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov və elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Xəzər Dənizi Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində İranda səfərdə olmuşlar.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Su Problemləri İnstitutunda və Xəzər Dənizi Tədqiqatları Mərkəzində R.Məmmədov Xəzər dənizinin ekoloji vəziyyəti problemlərinə dair iki məruzə ilə çıxış etmişdir. Bundan əlavə, azərbaycanlı alimlər iranlı həmkarları ilə birgə Xəzər dənizində aparılacaq ekspedisiya işlərinin planı ilə əlaqədar fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]