Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 2 medal qazanmışlar
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi "Internationale DRV-Junioren-Regatta” turnirində çıxış ediblər. Yarışa 5 oğlan, 1 qız avarçəkənlə qatılan komandamız Vətənə 1 qızıl, 1 bürünc medalla qayıdıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qızıl medalı ölkəmizə 16 yaşlı vunderkind Boris Yotov qazandırıb. 1 nəfərlik qayıqla 18 yaşadək akademik avarçəkənlərin mübarizəsinə qatılan Yotov bütün rəqiblərini arxada qoyub. O, finalda 2000 metr məsafəni 7 dəqiqə 53,26 saniyəyə qət edib. Avarçəkənimiz Almaniyanın 3, Avstriya və Sloveniyanın hərəyə 1 təmsilçisini geridə qoyub.
Bürünc medala isə Qardaşxan Hüseynli-Kamal Xanlarov dueti layiq görülüb. 18 yaşlılar arasında 2 nəfərlik qoşa avarlı qayıqla çıxış edən azərbaycanlı cütlük 2000 metr məsafəni 7 dəqiqə 46,15 saniyəyə qət edib.
Akademik avarçəkənlərimiz Almaniyada məşqçilər Samir Məmmədov və Yuliana Stoyevanın rəhbərliyi altında yarışıblar. "Internationale DRV-Junioren-Regatta”da Almaniyanın 15 klubundan əlavə, Avstriya, Braziliya, Bolqarıstan, Xorvatiya, Çexiya, İspaniya, Fransa, Böyük Britaniya, İrlandiya, Hollandiya, Polşa, Sloveniya, Serbiya, İsveçrə də təmsil olunub.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]