AZƏRBAYCAN BEYNƏLXALQ ÜZÜM VƏ ŞƏRAB TƏŞKİLATININ PARİS TOPLANTISINDA TƏMSİL OLUNMUŞDUR
Bakı, 8 aprel (AZƏRTAC). Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) komissiya və ekspert qruplarının Parisdə keçirilən toplantısından qayıtmışdır.
T.Pənahov demişdir ki, tədbirə qurumun baş direktoru Federiko Kastelluçi tərəfindən dəvət olunmuşdum. Ölkəmizdə üzümçülük və şərabçılığın tarixi, inkişaf strategiyası haqqında komissiya və ekspert qruplarına təqdim etdiyim material maraqla müzakirə olundu. Sənəddə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş alim və mütəxəssislərin nəzərinə çatdırılırdı ki, Azərbaycan torpaqlarının 20 faizdən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində təkcə üzümçülük və şərabçılıq sahəsində ölkə iqtisadiyyatına 1 milyard avro dəyərində ziyan vurulmuşdur. Azərbaycanın qədim üzüm sortları, şərab zavodları məhv edilmiş, müvafiq infrastruktur tamamilə dağıdılmışdır.
Səfər çərçivəsində qurum rəhbərləri ilə Azərbaycanın həmin təşkilata üzvlüyü məsələsi də müzakirə olunmuş, OİV-in internet səhifəsində ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı barədə məqalə dərc edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]