AZƏRBAYCAN BİTKİ KARANTİNİ VƏ MÜHAFİZƏSİ ÜZRƏ AVROPA VƏ ARALIQ DƏNİZİ TƏŞKİLATINA QƏBUL EDİLMİŞDİR
Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ünvanına Fransadan şad xəbər gəlmişdir. Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının baş direktoru Niko van Opstalın göndərdiyi məktubda Azərbaycan Respublikası bu qurumun 49-cu üzvü olması barədə məlumat verilmişdir.
Xidmətin rəisi Məmmədəli Dünyamalıyev AZƏRTAC-a bildirmişdir ki, ölkəmiz bitki karatini və mühafizəsi sahəsində bir sıra nüfüzlü beynəlxalq təşkilatların üzvüdür. Bir çox ölkələrlə bitki karantini və mühafizəsi sahəsində sazişlər imzalanmış, bəziləri ilə saziş layihələri hazırlanaraq qarşı tərəfə təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfüzu artır. Hazırda ölkəmiz dünyanın 106 dövləti ilə kənd təsərrüfatı, xüsusilə bitkiçilik məhsulları üzrə idxal-ixrac əməliyyatları aparır.
Azərbaycanın Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına üzv olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması ərəfəsində ölkəmizin bu nüfuzlu təşkilata üzv qəbul edilməsi əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]