Azərbaycan-Böyük Britaniya əməkdaşlığının inkişaf yolları müzakirə olunmuşdur
Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunmuş, xüsusilə enerji sektorunda mövcud uğurlu əməkdaşlığın kəsb etdiyi əhəmiyyət qeyd edilmişdir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyllərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və regional enerji layihələri ətrafında da müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]