Azərbaycan Cənubi Qafqaz regionunda önəmli dövlətlərdən biridir
Bakı, 12 may (AZƏRTAC). Milli Məclisin sədri Oqtay Əsədov mayın 12-də ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. Dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir. Ümid edirik ki, sizin bu səfəriniz Azərbaycan ilə ATƏT arasında əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcəkdir.
Petros Eftimiu demişdir ki, Azərbaycan sadəcə ATƏT-in fəal üzvü deyildir. O həm də, Cənubi Qafqaz regionunda önəmli dövlətdir. Ona görə bu səfər bizim üçün çox əhəmiyyətlidir. ATƏT də çox vacib siyasi forumdur. ATƏT PA-da olduqca səmərəli müzakirələr, təcrübə mübadiləsi aparılır. İnanırıq ki, qarşılıqlı səfərlərimiz və görüşlərimiz əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüşdə ATƏT PA ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]