Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Cənubi Qafqaz regionunu kənar təhdidlərdən qorumaq gücündədir - Ekspert

Azərbaycan Cənubi Qafqaz regionunu kənar təhdidlərdən qorumaq gücündədir -  Ekspert

Bakı, 8 avqust, AZƏRTAC

Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri var. Regiona yönəlik ekspansiyanı gücləndirən mərkəzlər müxtəlif üsullardan istifadə edərək hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Ermənistanda və Gürcüstanda baş verən son proseslər bu ideyanı bir daha təsdiqləyir. Amma dövlətimizin başçısı onu da vurğuladı ki, indi Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycan dövləti var. Bu gün Azərbaycan təkcə öz ərazisini və suverenliyini deyil, həm də ümumilikdə regionu kənar müdaxilələrdən qorumaq gücündədir. 2020-ci ildən etibarən Azərbaycanın gerçəkləşdirdiyi proseslər, hərbi və diplomatik müstəvidə qazandığı nailiyyətlər bu qənaəti daha da gücləndirir.

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.

O bildirib ki, Azərbaycanın regionda əsas söz sahibi olmasının göstəricilərindən biri insan resursları və iqtisadi inkişafdırsa, digəri də güclü ordusudur. Cənubi Qafqazın iqtisadi potensialının 80 faizə qədəri Azərbaycanın payına düşür. Paralel olaraq, Azərbaycan Ordusu Cənubu Qafqazın ən güclü ordusudur. Mərkəzi ofisi ABŞ-da yerləşən “Global Fire Power” təşkilatı qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri nəinki Cənubi Qafqazın, həm də dünyanın ən güclü orduları sırasında yer alır. Təşkilat 2024-cü il üzrə hesabatını hərbi bölmələrin sayı, maliyyə, logistika imkanları və digər 60 göstəricisi əsasında hazırlayır. Həmin siyahıda Azərbaycan 59-cu, Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz ordusunun gücünə görə həm Ermənistandan və Gürcüstandan, həm də dünyanın bir sıra tanınmış dövlətlərindən öndədir.

“Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu digər ölkələrlə müqayisədə təkcə müasir texniki təminatı, say və logistik imkanları ilə deyil, həm də praktiki döyüş bacarıqları ilə fərqlənir. Təsadüfi deyil ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsini ordumuz ən modern yeniliklərlə həyata keçirib. Minimal itkilər, sürətli hərəkət və böyük qələbələr Vətən müharibəsini xarakterizə edən əsas əlamətlərdir. Müqayisə üçün qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusu 3 min nəfərə yaxın şəhid verib. Ermənistanın hərbi heyətinin itkiləri isə 10 min nəfərdən artıq olub. Özlərinin etiraf etdiklərinə görə, bu müharibədə Ermənistanın 4520 hərbi qulluqçusu öldürülüb, 1600 hərbçi itkin düşüb, 9094 hərbi qulluqçu yaralanıb. Yəni, Ermənistan dörd dəfə artıq itki verib. Onu da nəzərə almaq lazımdır ki, müstəqil müşahidə mərkəzləri Ermənistanın öldürülən hərbçilərinin sayının 4520 nəfər deyil, 6300 nəfər olduğunu qeyd edirlər. Məlumat üçün qeyd edək ki, 44 günlük savaşdan fərqli olaraq, Birinci Qarabağ müharibəsi dönəmində 11 min 557 nəfər Azərbaycan hərbçisi şəhid olub. Əlavə olaraq, torpaqlarımız işğala məruz qalıb. Təkcə bu nümunəyə əsaslanaraq demək olar ki, Vətən müharibəsinə qədər Azərbaycan Ordusu kifayət qədər güclənib, peşəkar orduya çevrilib və ən son texnikalarla təchiz edilib. Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərini də eyni səriştə ilə başa vurdu. Minimal itki və sürətli manevrlər nəticəsində separatçılar cəmi bir sutka ərzində darmadağın edildi, dövlət suverenliyimiz tam bərpa olundu”, - deyə ekspert vurğulayıb.

M.Ələsgərli əlavə edib ki, Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri zamanı təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə ciddi savaş aparıb və nailiyyətlər qazanıb. Məsələn, 44 günlük müharibə dönəmində və ondan sonra Fransa Azərbaycana qarşı diplomatik savaş açıb, təsir dairəsində olan media qurumlarını, transmilli media subyektlərini qarayaxma kampaniyasına cəlb edib. Bu vasitə ilə qlobal ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışıb. Fransa, həmçinin təmsil olunduğu beynəlxalq platformalarda qondarma müzakirələr açıb, ölkəmizin adına kölgə yaxmaq istəyib.

Eləcə də Fransa 2020-ci ildə hələ müharibənin davam etdiyi dövrdə Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxararaq, Azərbaycana təzyiq göstərmək, ölkəmizi özünün haqq işini tamamlamaqdan yayındırmaq istəmişdi. Paris 2022-ci ilin dekabrında “Laçın yolu” mövzusunu əsas götürərək, Azərbaycan məsələsini BMT müstəvisinə çıxarmaq üçün növbəti dəfə təşəbbüs göstərmişdi. Eyni hərəkətlərini 2023-cü ilin avqust ayında da təkrarladı. Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin guya “blokadaya salınması” barədə əsassız iddialar irəli sürdü. Bölgədə yaşayan ermənilər üçün yalançı humanitar yardım karvanı göndərməklə “humanitar böhran” kampaniyası başlatdı. 2023-cü ilin oktyabr ayında BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verdirməyə təşəbbüs göstərdi. Amma Azərbaycan bu və buna bənzər bütün təşəbbüsləri iflasa uğratdı. Azərbaycanın uzun müddət ərzində apardığı müstəqil və balanslı xarici siyasət kursu öz bəhrəsini verdi. Ölkəmiz dünyanın bütün qitələrində, fərqli qütblərdə yerləşən tərəqqipərvər ölkələrdən dəstək alaraq haqq işini tamamlaya bildi.

“Hazırda Azərbaycan müharibə mərhələsini aşaraq zəruri iqtisadi-siyasi layihələrə qoşulub. Bu gün Azərbaycanın həmmüəllif olduğu regional və beynəlxalq layihələr onu dünya üçün əvəvzedilməz ölkəyə çevirir. İndi Azərbaycan Qərb ölkələri üçün əhəmiyyətli enerji qaynaqlarından biri, həmçinin Avropa ilə Asiya arasında ən mühüm nəqliyyat qovşağıdır. İki qitəni birləşdirən ən sərfəli nəqliyyat dəhlizləri Azərbaycan ərazisində layihələndirilib. Bu dəhliz Avropa və Asiya ilə yanaşı, bütövlükdə dünya üçün əhəmiyyət daşıyır.

Amma Azərbaycan adı dünyada təkcə nəqliyyat dəhlizləri və ya enerji layihələri üzrə diqqət çəkmir. Son dörd ildə baş verən proseslər Azərbaycanın adını region hüdudlarından kənara çıxan, “orta güc” kateqoriyasına daxil olan ölkə kimi tanıdıb. Çox mühüm geopolitik proseslər mövcuddur ki, Azərbaycan orada açar nöqtələrdən biridir. Geopolitik güc mərkəzlərinin Cənubi Qafqaz və ətraf regionlar üzrə layihələrinin taleyi həm də Azərbaycanın iradəsindən asılıdır. Azərbaycan iqtidarı bu amilləri ölkəmiz üçün üstünlüyə çevirə bilir”, - deyə M.Ələsgərli bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib