Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-ÇİN ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN BÖYÜK İMKANLAR VAR

Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvü, beynəlxalq münasibətlərdə mühüm rol oynayan, sürətlə inkişaf edən güclü iqtisadiyyata malik ölkələrdən biridir. Gənc müstəqil Azərbaycan dövləti də özünün xarici siyasətində bu nəhəng ölkə ilə münasibətlərin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bəs bunun üçün nə kimi imkanlar var? AZƏRTAC-ın müxbiri bu sualla Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevə müraciət etmişdir. 

Səfir demişdir:

- Sualınıza cavab verməzdən əvvəl, mənə yüksək etimad göstərilərək Çin kimi böyük bir dövlətdə ölkəmizin səfiri təyin olunduğuma görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə təşəkkürümü bildirirəm. Belə bir ölkədə müstəqil Azərbaycan dövlətini təmsil etmək şərəfli olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyətdir.

Bildiyiniz kimi, Çin-Azərbaycan əlaqələrinin çoxəsrlik tarixi var. Orta əsrlərdə Çindən başlayan Böyük İpək yolu həm də ölkəmizin ərazisindən keçirdi.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra onu tanıyan ilk dövlətlərdən biri ÇXR olmuş, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfərindən sonra ikitərəfli münasibətlərin yeni mərhələsi başlanmışdır. Bu səfər nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hüquqi bazası yaradılmış, gələcək əməkdaşlığın perspektivləri müəyyən edilmişdir.

Onu da xatırladım ki, Azərbaycan Prezidentinin həmin səfərinin gedişində dövlətimizin başçısı ilə Çinin siyasi rəhbərliyi arasında çox etibarlı və səmimi münasibətlər yaranmışdır ki, bunun da Azərbaycan-Çin əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyəti var. Mən səfir kimi fəaliyyətə başladığım ilk günlərdən bu nəhəng ölkənin yüksək rəhbərliyinin, habelə Çin xalqının Prezidentimizə, Azərbaycana və xalqımıza xoş münasibətini və diqqətini hiss edirəm. Şübhəsiz ki, belə bir şəraitdə işləmək asan, eyni zamanda çox məsuliyyətlidir. Azərbaycan Prezidentinin ÇXR-ə səfəri zamanı təməli qoyulmuş əməkdaşlığın perspektivləri çox geniş olmaqla yanaşı, bu istiqamətdə gərgin və məqsədyönlü iş tələb edir.

Belə bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, dövlətimizin başçısının Çinə səfərinin gedişində ölkəmiz üçün bir sıra mühüm siyasi nəticələr əldə edilmişdir. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyır və beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də ölkəmizi daim dəstəkləyir. Çin beynəlxalq aləmdə Azərbaycan üçün mühüm tərəfdaşlardan biridir. ÇXR-i dost ölkə hesab edən Azərbaycan isə vahid və bölünməz Çin ideyasını həmişə dəstəkləyir.

Ölkələrimiz arasında konkret əməkdaşlıqdan danışsaq, deyə bilərəm ki, diplomatik münasibətlər qurulduqdan sonra qarşılıqlı səylər nəticəsində əlaqələrin möhkəm hüquqi əsası yaradılmış, bir çox sənədlər imzalanmışdır. Tələbə mübadiləsi haqqında saziş əsasında doqquz ildir ki, əməkdaşlıq edirik. Hazırda Azərbaycandan 19 nəfər Çinin ali məktəblərində şərqşünaslıq, politologiya, iqtisadiyyat, elektronika, tibb və texniki ixtisaslar üzrə bakalavr və magistr təhsili alır. Onu da deyim ki, tələbələrimiz ölkəmizi layiqincə təmsil edirlər. Lap bu yaxınlarda Pekin Universitetinin rəhbərliyindən aldığımız məktubda bildirilir ki, mindən çox xarici tələbə arasında keçirilən müsabiqədə iki azərbaycanlı tələbə qalib gəlmişdir.

Azərbaycan Neft Akademiyası ilə Don Yin şəhərindəki Neft Akademiyası arasında tələbə mübadiləsinə dair sazişə əsasən, ötən ilin sentyabrından 45 nəfər çinli tələbə Bakıda təhsil alır. Şanxay şəhərinin ali məktəbləri ilə Naxçıvan Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti arasında da tələbə mübadiləsi haqqında razılıq əldə olunmuşdur.

Çin iqtisadiyyatının dinamik inkişafı, Azərbaycan iqtisadiyyatının ilbəil irəliləməsi səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradır və bu istiqamətdə uğurlar var. “Çin Xuan Da”, “Yuan Da” şirkətləri, “Nan Quan” toxuculuq müəssisəsi Azərbaycanda müvəffəqiyyətlə işləyir. Çin şirkətləri ölkəmizin neft sənayesinə və kimya kompleksinə böyük maraq göstərirlər. Aparıcı neft şirkətlərindən olan “JNPJ” Azərbaycanın “Kürsəngi” və “Qarabağlı” yataqlarının işlənilməsində iştirak edir. “JNJJJ” kimya korporasiyası isə Sumqayıtda xlor və kaustik soda istehsal edən zavodun tikintisinə dair danışıqlar aparır.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Çinin Urumçi şəhərindəki nümayəndəliyinin işini ayrıca vurğulamaq istərdim. Onun fəal işi nəticəsində ölkələrimiz arasında hava nəqliyyatı ilə daşımaların həcmi ilbəli artır və gələcəkdə Çinin digər şəhərlərinə də Azərbaycandan müntəzəm reyslərin açılması planlaşdırılır.

Səfirliyimiz də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görür. Artıq AZƏRTAC-ın da xəbər verdiyi kimi, Çinin Xarici İqtisadi İnkişaf Nazirliyi, Ümumçin Sənaye İşçiləri və İş Adamları Konfederasiyası və “Şen Li” neft korporasiyası ilə birgə 2003-cü ilin ortalarında Pekində Azərbaycan-Çin iqtisadi forumunun keçirilməsi barədə razılıq əldə olunmuşdur. Foruma hazırlıq və onun keçirilməsi çərçivəsində Çin mətbuatında ölkəmizə dair materialların dərc olunması, televiziyada Azərbaycan haqqında tematik verilişlərin təşkili nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycanın mədəniyyət xadimləri və idmançılarının iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi də planlaşdırılmışdır. Ümidvaram ki, forum uğurla keçəcək və gələcəkdə müntəzəm xarakter alaraq, Azərbaycan iqtisadiyyatına Çin sərmayələrinin cəlb edilməsi baxımından yeni imkanlar yaradacaqdır.

Belə bir cəhətə də diqqəti cəlb etmək istəyirəm ki, ÇXR bu onillikdə ölkədə iki mühüm beynəlxalq tədbir keçirmək hüququ qazanmışdır. Bunlardan biri 2008-ci ildə Pekində keçiriləcək olimpiya oyunları, digəri isə Şanxayda təşkil olunacaq “EXPO-2010” beynəlxalq sərgisidir. Bunlara hazırlıq çərçivəsində ölkələrimiz arasında istər idman, istərsə də fundamental və tətbiqi elmlər, yüksək texnologiyalar sahəsində və digər sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açılacaqdır.

Ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından görkəmli alim, Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin başçılığı ilə Azərbaycan-Çin Dostluq Cəmiyyətinin yaradılmasının əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Zənnimcə, səfirliyimizin və bu cəmiyyətin birgə səyləri nəticəsində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edərək yüksək səviyyəyə qalxacaqdır.

X X X

Xatırladaq ki, Azərbaycanın ÇXR-dəki səfiri Yaşar Əliyev bu ölkədə cəmi bir neçə ay işləməsinə baxmayaraq, Çin neft sənayesinin ən böyük mərkəzlərindən sayılan Don Yin şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşdür. Onun bu adı almış ilk xarici vətəndaş olması faktını Çinin rəsmi dairələrinin Azərbaycana səmimi münasibətinin daha bir nümunəsi kimi qiymətləndirə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər