AZƏRBAYCAN CÜDOÇULARI DÜNYA KUBOKUNUN SAHİBİDİRLƏR
Bakı, 12 oktyabr (AZƏRTAC). Bakı İdman Sarayında keçirilən kişilər arasında cüdo üzrə Dünya Kubokunun ikinci günü 81, 90, 100 kiloqram və 100 kq-dan yuxarı çəki dərəcələrində çıxış edən idmançıların qaşılaşmaları olmuşdur.
Azərbaycan cüdoçuarı Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq). Dünya Kubokunun sahibi olmuşlar.
Elxan Rəcəbli (81 kq) start görüşündə Arsen Pşmaxova (Rusiya) qalib gəlmişdir. O, yarımfinal görüşündə gürcüstanlı Xviça Xutsişvili üzərində təmiz qələbə qazanmışdır. Final qarşılaşmasında isə Elxan Rəcəbli Fransa təmsilçisi Antuan Jannini məğlub etmişdir.
Elxan Məmmədov (90 kq) ilk qaşılaşmada Gürcüstan cüdoçusu Sabu Qavaşelişviliya qalib gəlmiş, dörddə bir finalda isə rusiyalı Aleksey Volkovu üstələmişdir. Yarımfinal görüşündə gürcüstanlı Mindia Bodaveli üzərində qələbə çalan Elxan Məmmədov, final qarşılaşmasında Gürcüstan yığmasının daha bir üzvü Qriqori Mamrikişviliyə qalib gələrək, Dünya kubokunun sahibi olmuşdur.
Təəssüf ki, Azərbaycanın digər idmançısı Samir Əhmədov (100 kq) yarımfinalda rusiyalı Sergey Samoyloviçə, təsəlliverici qarşılaşmada isə Artur Xursinova (Rusiya) uduzmuşdur.
Xatırladaq ki, 14 ölkənin idmançılarının iştirak etdiyi yarışların ilk günü Azərbaycan yığma komandası 3 medala sahib olmuşdur.
Ölkəmiz üçün qızıl medalı Tərlan Kərimov (66 kq), gümüş medalları isə Vüqar Şirinli (60 kq) və Sərxan Əhmədov (66 kq) qazandırmışlar.