AZƏRBAYCAN DA, ÇİN DƏ QARŞILIQLI ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Yanvarın 7-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Çin Xalq Respublikasının Bakıdakı səfiri Çjan Siyunu qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı səfir Çjan Siyun ötən il ölkələrimiz arasındakı əlaqələrin nəticələrinə yekun vuraraq, iki dövlətin münasibətlərini çox yüksək qiymətləndirmiş, qarşılıqlı rəsmi səfərlər, iqtisadi və mədəni əlaqələr müstəvisində əldə edilmiş bir sıra nailiyyətlərdən söz açmışdır. Daha sonra səfir Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi istiqamətində birgə səylərin zəruriliyini vurğulamış və əlaqələrin bir çox sahələrdə inkişaf etdirilməsi ilə bağlı inamını ifadə etmişdir.
Nazir Vilayət Quliyev ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini vurğulayaraq, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir. İqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunan nazir Vilayət Quliyev, Bakıda keçirilməsi nəzərdə tutulan Çin mədəniyyət günlərinin qədim və zəngin Çin mədəniyəti ilə Azərbaycan ictimaiyyətinin yaxından tanış olması üçün geniş imkanlar açacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]