AZƏRBAYCAN DAĞLIQ QARABAĞ ÜZRƏ NİZAMLANMA PROSESİNİ DAVAM ETDİRMƏYƏ HAZIRDIR
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən konkret nəticə gözləmək çox tezdir. Amma görüş siyasi baxımdan çox faydalı olmuşdur.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov iyunun 9-da jurnalistlərə müsahibəsində bildirmişdir.
A.Əzimov demişdir ki, Sankt-Peterburq görüşü qarşı tərəfin mövqeyinin öyrənilməsi baxımından da vacib idi. Azərbaycan hər zaman bəyan etdiyi kimi, problemin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəkdir.
Xarici işlər nazirinin müavini bildirmişdir: Rəsmi Yerevan başa düşməlidir ki, mütəmadi görüşlərlə vaxt qazanıb siyasi maraqlarını təmin edə bilməyəcəkdir.
Nazir müavini demişdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında bütün səviyyələrdə təbliğat aparılacaq və bu iş işğal altındakı ərazilər boşaldılana qədər davam edəcəkdir. Bu məsələdə rəsmi Bakının mövqeyi qətidir.
Danışıqların gedişinə gəlincə, A.Əzimov qeyd etmişdir ki, Azərbaycan prosesi eyni nöqtədən davam etdirməyə hazırdır. Bu nöqtə ondan ibarətdir ki, işğal altında olan ərazilərimiz geri qaytarılmalı və münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]