AZƏRBAYCAN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ DUBAYA SƏFƏR EDƏCƏKDİR
Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin Dubay Polis Akademiyasında keçirdiyi görüş və apardığı danışıqlar nəticəsində tədbirlərə Azərbaycandan da nümayəndə heyəti dəvət olunmuşdur. Respublikamızı tədbirlərdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcəkdir. Səfər çərçivəsində BƏƏ–nin dövlət rəsmiləri və Dubay Polis Akademiyasının rəhbərliyi ilə görüşlər keçiriləcək və tərəflər arasında əməkdaşlığın inkişaf yolları barədə fikir mübadiləsi aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]