ELM VƏ TƏHSİL
Azərbaycan Dənizçilik Kollecinə qəbul üçün plan yerləri açıqlanıb
![Azərbaycan Dənizçilik Kollecinə qəbul üçün plan yerləri açıqlanıb](/files/2022/2/1200x630/16595312901789044566_1200x630.jpeg)
Bakı, 3 avqust, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin (ADK) 2022-2023-cü tədris ili üçün plan yerləri açıqlanıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu il ADK 3 ixtisas üzrə qəbul aparacaq. Bunlar “Gəmi sürücülüyü”, “Gəmi energetik qurğularının istismarı” və “Elektrik təchizatı (Su nəqliyyatında)” ixtisaslarıdır.
Təsdiqlənmiş plana əsasən “Gəmi sürücülüyü” ixtisasına 15 yer ayrılıb. Bunlardan 10-u dövlət sifarişi hesabına, 5-i isə ödənişli əsaslarla təhsil almaq üçün nəzərdə tutulub.
“Gəmi energetik qurğularının istismarı” ixtisasının 10 yeri dövlət sifarişli, 5 yeri ödənişli əsaslarladır.
“Elektrik təchizatı (Su nəqliyyatında)” ixtisasına da bu il 15 yer ayrılıb. Bu ixtisasa qəbul olan tələbələrdən 10-u dövlət sifarişi, 5-i isə ödənişli əsaslarla təhsil almaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, ADK-ya qəbul 11 illik tam orta təhsil bazasından mümkündür.
Kollecdə tədris yalnız Azərbaycan dilində, əyani olmaqla 2 il, təhsil haqqı isə illik 600 manatdır.
ADK-ya ixtisas seçimi Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərin boş qalan yerlərinə ərizə qəbulu ilə eyni vaxtda aparılacaq.