Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib.
Tələbə Gənclər Təşkilatları İttifaqından (TGTİ) AZƏRTAC-a bildiriblər ki, konfrans zamanı ittifaqın Baş katibi Ramin Həbibzadə çıxış edərək, tələbələrin sosial-ictimai fəaliyyətində TGTİ-nin xüsusi rolunu vurğulayıb. O, tələbələrə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulayıb.
İclasda gündəliyə uyğun olaraq ADU TGTİ-nin yeni sədri, Tərcümə fakültəsinin tələbəsi Məhsəti Əzizova fəaliyyət planı haqqında qısa məlumat verib. O, tələbələrin problem və qayğıları ilə yaxından maraqlanacağını və həlli istiqamətində çalışacağını bildirib.