Azərbaycan Dövlət Aqrar Universitetində xarici dillərdə elmi-nəzəri konfrans keçirilmişdir
Gəncə, 9 may (AZƏRTAC). Azərbaycan Dövlət Aqrar Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Davamlı inkişaf və müasir təhsil sistemi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrində xarici duillərdə təhsil alan 90 nəfərədək magistr və bakalavrın iştirakı ilə keçirilən konfransda ulu öndərin ən çox diqqət yetirdiyi məsələlər, xüsusilə gənclərin Avropa və dünya təhsil sisteminə inteqrasiyası, onların müxtəlif xarici dilləri mənimsəməsi kimi mövzular ətrafında 24-ə yaxın məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
İki gün davam edən konfransda ingilis, alman və rus dillərində oxunan məruzələrin kitab halında çap edilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]