AZƏRBAYCAN DÜNYADA TOLERANTLIĞIN ÖRNƏYİDİR
“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumunun iştirakçısı olan rusiyalı filosof Tatyana Qurko AZƏRTAC-a müsahibəsində demişdir ki, Azərbaycan həqiqətən dünyada tolerantlıq örnəyidir. Biz bu forumda bunun bir daha şahidi olduq. Müxtəlif dinlərə mənsub olan icmalar Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşayaraq əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışlar.
Müasir müstəqil Azərbaycanın mütərəqqi tarixi ənənələrə sadiq qaldığını vurğulayan T.Qurko demişdir ki, yüksək insanpərvərlik, qədim kökləri olan dini dözümlülük mühiti, möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik azlıqlar və dini icmalar arasında qarşılıqı hörmət və etimad Azərbaycanı dünyada tolerantlıq örnəyinə çevirmişdir.
Digər icmalar kimi, pravoslav xristian icmasının da Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak etdiyini vurğulayan qonaq əmin olduğunu bildirmişdir ki, bu icmalar ölkənin tərəqqisi və inkişafı naminə vətəndaşlıq borclarını bundan sonra da layiqincə yerinə yetirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]