Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ədliyyəsinin 100 illik tarixindən bəhs edən sanballı kitab işıq üzü görüb

Azərbaycan ədliyyəsinin 100 illik tarixindən bəhs edən sanballı kitab işıq üzü görüb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan ədliyyəsinin 100 illik tarixindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabda ədliyyə tarixinin bütün mərhələlərinə nəzər salınıb, ədliyyə orqanlarının keçdiyi zəngin yol, xüsusilə ümummilli lider Heydər Əliyev tərəfindən yeni ədliyyə və məhkəmə sisteminin formalaşdırılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə fəaliyyətin müasirləşdirilməsi və inkişafı barədə ətraflı məlumatlar yer alıb.

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sovet hakimiyyəti illərində ədliyyə orqanların təşkili və fəaliyyətini, ulu öndər Heydər Əliyevin ədliyyə sisteminə böyük diqqət və qayğısını, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin davamlı inkişafını əks etdirən tarixi sənədlər və fotomateriallar toplanıb.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun müəllifliyi və rəhbərliyi ilə redaksiya qrupu tərəfindən Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə hazırlanan kitabda Ulu Öndərin fəaliyyətinin bütün dövrlərində ölkəmizin hüquq, o cümlədən ədliyyə sisteminin inkişafında müstəsna xidmətlərinə geniş yer ayrılıb.

Kitabı vərəqlədikcə hələ qədim dövrlərdən Azərbaycanda ədliyyə fəaliyyətinə xüsusi diqqət yetirildiyinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ədliyyə tariximizdə yeni, şərəfli səhifə açılmasının şahidi oluruq. Bir daha görürük ki, sovet işğalından sonra tənəzzülə uğrayan Azərbaycan ədliyyəsinin həmin çətin dövrlərdə yenidən təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində isə dahi öndərin qətiyyətli siyasi iradəsi ilə müasir demokratik normalara uyğun olan məhkəmə və ədliyyə sistemimiz formalaşıb.

Oxucuların diqqətinə çatdırılır ki, bu gün Ulu Öndərin yüksək dövlətçilik amalları və siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək bütün sahələrdə misilsiz uğurlar qazanılır. Kitabda əhalinin rifahının yaxşılaşmasında, humanizm ideyalarının inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın əməyi xüsusi qeyd edilir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, ədliyyə və məhkəmə sistemi də inkişaf edir, mühüm nailiyyətlər əldə olunur. Xarici hüquqşünaslar tərəfindən təqdir olunan bu nailiyyətlər, xüsusilə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən ölkəmizin Ədliyyə Nazirliyinin Avropada ən fəal və islahatçı nazirliklərdən hesab olunması dövlətimizin tərəqqiyə və demokratiyaya sadiqliyinin əyani təzahürüdür.

Kitab Azərbaycan ədliyyəsinin keçmişinə, qət edilmiş yola nəzər salmaq üçün faydalı vəsait, həmçinin ölkə ədliyyəsinin tarixi və müasir dövrdəki fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsi baxımından da sanballı mənbədir.

Nəşrin “Azərbaycan ədliyyəsinin tarixi” adlı birinci hissəsində Azərbaycan ədliyyəsinin qədim dövrlərdən ilk demokratik respublikanın yaranmasınadək olan mərhələsi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyənin təşkili və fəaliyyəti, sovet dövrünün ilk illərində Azərbaycan ədliyyəsi ilə bağlı ətraflı söhbət açılır.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədliyyəsi” adlı ikinci hissədə Azərbaycan ədliyyəsinin inkişafı istiqamətində XX əsrin 70-80-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunur. Müstəqilliyin bərpasından sonra Azərbaycan ədliyyəsinin və ölkəmizdə müasir-hüquq sisteminin formalaşması və inkişafı dövrü işıqlandırılır. Bu bölmədə 1993-cü ildə xilaskarlıq missiyasını üzərinə götürən ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə məhkəmə-hüquq sahəsində əsaslı islahatların həyata keçirilməsindən, mütərəqqi qanunların qəbul edilməsindən danışılır. 1997-ci ildə qəbul olunan “Məhkəmələr və hakimlər haqqında” Qanunun, məhkəmə islahatlarına dair proqram xarakterli fərmanın imzalanmasının ölkəmizdə məhkəmə quruluşunun və fəaliyyətinin yeni modelinin bərqərar edilməsi prosesinin başlanğıcı olduğu vurğulanır.

Nəşrin “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı” adlı üçüncü hissəsində Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə sisteminin davamlı inkişafı istiqamətində həyata keçirilən ardıcıl və mütərəqqi islahatlardan bəhs olunur. Qeyd edilir ki, bu dövrdə “Məhkəmələr və hakimlər haqqında” qanuna əsaslı əlavə və dəyişikliklər edilib, “Məhkəmə-Hüquq Şurası” haqqında yeni qanun qəbul olunub, Şuranın fəaliyyətinin təşkili üçün fərman imzalanıb. Hakimlərin Etik Davranış Kodeksinin qəbul edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi və digər mühüm məsələlərlə bağlı proqram xarakterli fərmanların Azərbaycan ədliyyəsinin inkişafında mühüm rolu diqqətə çatdırılır.

Kitabda ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi istiqamətində görülən işlər də əksini tapır.

Azərbaycan ədliyyəsinin 100 illik inkişaf tarixinin əlamətdar anlarını əks etdirən fotoşəkillərin və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı mühüm qanunvericilik aktlarının yer aldığı kitabda Azərbaycanın ədliyyə nazirləri haqqında məlumatlar da verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub