Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Kaspiysk şəhərində SSRİ-nin tanınmış idmançısı Surakat Asiyatilovun xatirəsinə həsr edilmiş 20 yaşadək yeniyetmələr arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, yarışda milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb.
Yığmanın heyətində yalnız finalda məğlub olan Təvəkkül Həziyev (67 kiloqram) gümüş medalın sahibi olub. Tural Əhmədov (60 kiloqram) və Cocu Səmədov (87 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, turnirdə 7 ölkədən ümumilikdə 190 güləşçi mübarizə aparıb.