Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar
Bakı, 2 dekabr, AZƏRTAC
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda hərbçilər arasında keçirilən dünya çempionatının son günündə 3 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə finalda iranlı Milad Reza Nejada qalib gələrək dünya çempionu olub.
Finalda İranın digər təmsilçisi Nasser Alizadeyə uduzan Laçın Vəliyev (87 kiloqram) gümüş medalla kifayətlənib. Qurban Qurbanov (77 kiloqram) isə rusiyalı Aleksandr Babumaranı məğlub edərək üçüncü yeri tutub.
Bu gün çıxış edən digər milli üzvlərindən Həsən Məmmədli (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) medalsız qalıblar.
Bununla da Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]